Türkiyə Putinin təklif etdiyi layihə üzərində hazırlıq işləri aparır

Dünya

05.12.2022 - 09:46

Ərdoğan: “Qazla bağlı işlər təkcə Qara və Aralıq dənizlərindəki yataqların inkişafı ilə yekunlaşmır”

Türkiyə tərəfi Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi “qaz qovşağı” layihəsi üzərində hazırlıq işləri aparır. AYNA türkiyə mediasına istinadən bildirir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri qeyd edib ki, qazla bağlı işlər təkcə Qara və Aralıq dənizlərindəki yataqların inkişafı ilə yekunlaşmır: “Moskvanın qazın Avropaya paylanması üçün Türkiyədə “qaz qovşağı” yaratmaq təklifi var. İndi biz bu layihə üzərində hazırlıq işləri aparırıq”.

Qeyd edək ki, oktyabrda Putin bildirib ki, Rusiya “Şimal axını” ilə itirilmiş qaz tranzitini Qara dəniz regionuna daşıya, “Türk axını” ilə avropalı tərəfdaşlara mavi yanacaq tədarükü üçün qovşaq yarada bilər.

Rusiya Prezidenti Türkiyənin “qaz qovşağı” kimi seçilməsinin səbəbini də açıqlayıb. Putuinin sözlərinə görə, avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir.

Müəllif: Ayna.az