“Taliban” silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub

Dünya

04.01.2022 - 01:13

Həkimlər Klinikalar SEO Xidməti

Atışma yanvarın 3-də Hamab əyalətində baş verib

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub.

AYNA xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e subh” qəzeti yazıb.

Qəzet iddia edib ki, münaqişə türkmən sərhədçilərin təqsiri üzündən baş verib.

“Üç gün əvvəl Türkmənistanın sərhəd xidmətinin əməkdaşları bir mülki şəxsi öldürüb, digərini isə döyüb. “Taliban” silahlıları insidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq atəş açıblar”, - Cuzdan əyalətinin informasiya və mədəniyyət şöbəsinin rəhbəri Hilal Balxi bildirib.

Qeyd edilir ki, atışma yanvarın 3-də Hamab əyalətində baş verib. Silahlı qarşıdurmada ölənlərin olub-olmadığı hələ məlum deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş