Slovakiyanın Ukraynaya dəstəyi zəifləyib

Dünya

27.03.2023 - 18:05

Slovakiya Prezidenti Kiyevə dəstəyin zəiflədiyini açıqlayıb

Slovakiyada Ukraynaya maliyyə və mülki dəstək zəifləyir. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Slovakiya Prezidenti Zuzana Çaputova deyib.

Prezident qeyd edib ki, Kiyevə iqtisadi yardımın mənbələri sonsuz deyil və vətəndaşlar ukraynalı qaçqınların qəbulunu dəstəkləsələr də, onların gəlişinin slovakların həyatına mənfi təsir göstərdiyini düşünürlər.

Bundan əvvəl Slovakiyanın Ukrayna Silahlı Qüvvələrinə ilk MiQ-29 qırıcılarını təhvil verdiyi bildirilmişdi. Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Yaroslav Naqinin sözlərinə görə, ilk dörd təyyarə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Ukraynaya qırıcı təyyarələrin tədarükü müqabilində Slovakiya 900 milyon dollar məbləğində təzminat alacağını gözləyir. Buraya ABŞ-dan 700 milyon dollar məbləğində hərbi texnikanın dəyəri də daxildir.

Müəllif: Ayna.az