Bir aya yaxındır qadından xəbər yoxdur
Siyəzəndə 62 yaşlı qadın itkin düşüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Qeyd edilib ki, Siyəzən rayonu ərazisində yaşayan 62 yaşlı Nazilə İsmayılova 2023-cü il yanvarın 24-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
“Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinin (023) 304-13-03 şəhər və (070) 733-83-19 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - deyə DİN-in məlumatında vurğulanıb.