Dövlət başçısı deputata orden verib

Xəbərlər

21.11.2019 - 17:45

Mahir Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

 

Prezident İlham Əliyev Mahir Aslanovu mükafatlandırıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar imzalanan sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mahir Məhəmmədəli oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Ayna.az