Şimali Koreya Yapon dənizinə qanadlı raket atıb

Dünya

22.03.2023 - 15:49

Raket atışı Hamhunq limanından həyata keçirilib

Seul hesab edir ki, Şimali Koreyanın Yapon dənizinin şərq sahillərində qanadlı raket atdığı güman edilir. AYNA xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, raket atışı Hamqyonqnam əyalətinin Hamhunq limanından həyata keçirilib.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında KXDR də şəxsən ölkə lideri Kim Çen Inın rəhbərlik etdiyi uzaqmənzilli strateji raketləri buraxılıb. Pxenyan mütəmadi olaraq belə sınaqlar keçirir və nüvə silahı daşıya bilən raketləri təkmilləşdirir.

Rəsmi Seul bunun onun təhlükəsizliyini təhdid etdiyini vurğulayır.

Müəllif: Ayna.az