İtaliya parlamentinin palatalarının birgə iclası keçirilib
Serjio Mattarella yenidən İtaliya prezidenti seçilib. AYNA xəbər verir ki, respublika parlamentinin hər iki palatasının birgə iclasında 8-ci dəfə səsvermə keçirilib.
Yekun olaraq 81 yaşlı Mattarella tələb olunan 505 səs barajını keçib.
Mattarela Palermo Universitetində hüquq təhsili alıb. 1980-ci illərdə Xristian Demokrat Partiyasının sıralarında fəal siyasi karyeraya başlayıb. O, 31 yanvar 2015-ci ildə 665 səs toplayaraq ilk dəfə prezident postuna yiyələnib.