Bayraktar sonadək hazırki işi ilə məşğul olmağı planlaşdırır
“Siyasətlə məşğul olmaq planım yoxdur”.
AYNA xəbər verir ki, bunu "Baykar" müdafiə sənayesi şirkətinin İdarə heyətinin sədri, "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı Selçuk Bayraktar deyib.
O bildirib ki, sonadək hazırki işi ilə məşğul olmağı planlaşdırır: “Əlbəttə, bu, yarışdır. Biz də, onlar da (siyasətçilər- red.) öz vəzifələrini icra edəcəklər. Getdiyimiz yoldan dönməyəcəyik”.