Şəhidimiz dəfn olunub

Xəbərlər

06.03.2023 - 12:52

cedabet dərman SEO Xidməti

Şəhriyar Əlibəyli İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb

Dünən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn olunub. AYNA xəbər verir ki, şəhid hərbçi Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib. Mərasimdə Dövlət Himni səslənib, yaylım atəşi açılıb.

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları -  Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş