Qoşunların yerdəyişməsi barədə nazirə məruzə edilib – <font color=red> VİDEO</font>

Xəbərlər

18.09.2019 - 11:26

Məruzələr dinlədildikdən sonra qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verilib

 

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənova qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslər tərəfindən təlimlərin gedişi barədə məruzələr edilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələr dinlədildikdən sonra qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verilib.

Ayna.az