Şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır

Xəbərlər

30.09.2022 - 12:44

Qanunda dəyişikliklər müzakirəyə çıxarılıb

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır.

AYNA xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklər müzakirəyə çıxarılıb.

Sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq, qəbul olunub.

Müəllif: Ayna.az