Kür çayı dolub

Xəbərlər

09.09.2019 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Yağış çaylarda su səviyyəsini artırıb

 

Respublikanın çaylarındakı mövcud vəziyyət açıqlanıb. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub, sentyabrın 7-də isə yağan intensiv yağış nəticəsində Gorançaydan qısamüddətli daşqın keçib.

 

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 60-180 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla  160-260 faizini təşkil edir.

 

Tranzit çaylarda faktiki vəziyyət

 

Sentyabrın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 131 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 107 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 85 m3/s olmaqla, ongünlük normadan az olub.

 

Sentyabrın 9-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 17 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55,0 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 75 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 71 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

 

Sentyabrın 9-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 40 m3/s qeydə alınır ki, bu da ongünlük normaya çox olmaqla normanın 89 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 54 m3/s təşkil etməklə ongünlük normadan çox olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

 

Sentyabrın 9-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm artaraq 356 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 9-da isə 339 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 8 sm artaraq 151 sm qeydə alınıb. 2018-ci il sentyabrın 9-da isə bu rəqəm 191 sm təşkil edib. Salyanda suyun səviyyəsi 8 sm artıb və 151 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 133 sm qeydə alınıb.

 

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 10 sm artaraq 65 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 9-da isə 32 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 11 sm azalaraq 169 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 9-da 182 sm qeydə alınıb.

Müəllif: Ayna.az