Şanlıurfada axtarış-xilasetmə işləri yekunlaşıb

Dünya

09.02.2023 - 13:17

Axtarış-xilasetmə qrupları dərhal zəlzələdən zərər çəkən digər vilayətlərə göndərilib

Şanlıurfa şəhərində axtarış-xilasetmə işləri yekunlaşıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, AFAD-ın Şanlıurfadakı axtarış-xilasetmə qrupları dərhal zəlzələdən zərər çəkən digər vilayətlərə göndərilib.

 

Müəllif: Ayna.az