Şabranda karantin rejimi pozulub

Xəbərlər

30.12.2021 - 17:58

cedabet dərman SEO Xidməti

Çay evlərinin sahibləri saxlanılıb

Şabranda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyektləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evlərinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərmələri aşkar edilib.

Obyektlərin sahibləri rayon sakinləri Nicat Orucov və Elmar Şərifov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Çay evində olan digər şəxslər barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş