Hadisə "20 Yanvar" dairəsi istiqamətində baş verib
Bu gün axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində (“20 Yanvar” dairəsi istiqaməti) yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəza səbəbindən hadisənin baş verdiyi ərazidə tıxac meydana çıxıb.