"Samsung" "APPLE"ə böyük məbləğdə cərimə ödətdirir

Xəbərlər

06.07.2019 - 16:36

Buna səbəb "iPhone"in üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməməsidir

 

 

"APPLE" şirkəti "Samsung"a  cərimə ödəyəcək. AYNA "Reuters"ə istinadən xəbər verir ki, bu məbləğ 683 milyon ABŞ dolları təşkil edir.

 

 

Cərimənin səbəbi isə "APPLE" şirkətinin "Samsung"dan aldığı OLED-displeylərinin pulunu vaxtında ödəyə bilməməsidir. Belə ki, "al və ödəniş et" prinsipi ilə bağlanmış müqaviləyə baxmayaraq "iPhone" üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməyib. Nəticədə böyük məbləğdə cərimə edilib.

 

Müəllif: Ayna.az