Rusiyanın Ukraynadakı itkiləri 170 mini ötüb

Dünya

26.03.2023 - 09:54

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 170 550-yə çatıb.

AYNA xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Son sutkada Rusiya Ukraynada 660 hərbçi itirib.

Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 595 tank, 6 947 zirehli maşın, 2 631 operativ-taktiki PUA, 522 reaktiv yaylım atəşi sistemi, 2 577 artilleriya sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 291 helikopter, 5 486 avtomobil və tanker, 282 xüsusi texnika, 911 qanadlı raketdən ibarətdir.

Müəllif: Ayna.az