Rusiyanın Kanadadakı səfiri XİN-ə çağırılıb

Dünya

06.12.2022 - 08:32

Səfir: "Kanada tərəfinin Qolodomorla bağlı mövqeyi diqqətimizə çatdırıldı"

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov Qolodomorla bağlı açıqlamasına görə bu ölkənin XİN-ə çağırılıb.

AYNA xəbər verir ki, bu barədə diplomat özü məlumat verib.

“Bu gün Kanada XİN-ə dəvət olundum, Avropa məsələləri departamentinin direktoru Maykl Bonser Kanada tərəfinin Qolodomorla bağlı mövqeyini diqqətimizə çatdırdı” – deyə diplomat bildirib.

Səfir Kanada XİN-ə bildirib ki, aclıq 30-cu illərdə SSRİ-nin əksər respublikalarında baş verib.

Müəllif: Ayna.az