Rejiminin müddətini oktyabrın 28-dək uzadılıb
Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini oktyabrın 28-dək uzadılıb. AYNA TASS-a istinadən bildirir ki, bu barədə qərar Federal Hava Nəqliyyatı Agentliyi tərəfindən verilib.
Qeyd edək ki, 2022-ci il fevralın 24-dən Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb. Bunula da Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.