Sergey Kopırkin: “KTMT missiyasının gəlməyə hazır olduğu ən yüksək səviyyədə təsdiqlənib”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası Ermənistana gəlməyə hazırdır. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.
“Ermənistan tərəfi hazır olarsa, KTMT missiyasının gəlməyə hazır olduğu ən yüksək səviyyədə təsdiqlənib və təsdiqlənir”, - Kopirkin bildirib.
Onun sözlərinə görə, Ermənistan XİN rəhbərinin qeyd etdiyi kimi, bu məsələlər üzərində iş gedir: “Düşünürəm ki, bu araşdırmanın nəticələrinə əsasən hansı qərarlara gələcəyimizi öyrənəcəyik".
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada rusiyalı həmkarı ilə birgə mətbuat konfransında qeyd edib ki, KTMT missiyasının göndərilməsi ilə bağlı qərar layihəsi müzakirə olunur, layihə üzərində iş davam edir. Öz növbəsində Rusiya XİN başçısı Sergey Lavrov bildirib ki, missiyanın göndərilməsi ehtimalı qalır və KTMT buna tamamilə hazırdır.