Rusiya ordusu Suriyada koalisiya karvanının qarşısını kəsib

Dünya

10.05.2024 - 17:16

Hadisə Həsəkə vilayətinin Sarmoak-Faukani kəndi ərazisində baş verib

Rusiya ordusu Suriyada altı “Bradley” zirehli maşından ibarət koalisiya karvanının qarşısını kəsib. AYNA xəbər verir ki, bu barədə Suriyada Döyüşən Tərəflərin Barışıq Mərkəzinin (CPVS) rəis müavini, general-mayor Yuri Popov məlumat verib.

General-mayor bildirib ki, sonradan konvoy dönüb əks istiqamətə gedib.

Bütün bunlar Həsəkə vilayətinin Sarmoak-Faukani kəndi ərazisində baş verib.

Mərkəz müntəzəm olaraq beynəlxalq koalisiya qüvvələrini münaqişənin aradan qaldırılması protokollarını pozmaqda ittiham edir. Mayın 1-dən mayın 10-dək Mərkəz bu cür hallarla bağlı hər gün keçirdiyi brifinqlərdə məlumat verir.

Müəllif: Ayna.az