Danışıqlar sayəsində 101 rusiyalı hərbçi geri qaytarılıb
Rusiya ilə Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi baş verib. AYNA Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, danışıqlar sayəsində 101 rusiyalı hərbçi geri qaytarılıb.
MN-dən bildiriblər ki, əsirlikdən azad edilmiş hərbçilər müalicə və reabilitasiya üçün Moskvaya aparılacaq, onların hamısına lazımi yardım göstəriləcək.