Hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutulub
Quba Rayon Polis Şöbəsinə rayonun Ağbil kəndi ərazisində olan köhnə sənaye obyektindən oğurluq edilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Nihad Babayev, Ruslan Əhmədov və Tahir Ələddinov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 17 min manat dəyərində alüminium, 3 min manat dəyərində 2 mühərrik və 920 manat dəyərində dəmir-metal avadanlığı oğurlamaqla, ümumilikdə zərərçəkmişə 21 min manata yaxın ziyan vurublar.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılıb və hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.