Dövlət başçısı Masallı və Ağcabədinin rəhbərliyi ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev iki rayonun icra hakimiyyəti başçılarını dəyişib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Şahin Kərim oğlu Məmmədov isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.