Sürücülərə günün sonunadək diqqətli olmaları tövsiyə edilir

Xəbərlər

09.09.2019 - 15:17

Bəzi yol və küçələrdə üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq

 

Bu gün axşam saatlarınadək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-75 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik səddlərinin təmiri, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208 km-də (Bakı şəhəri istiqamətində), həmçinin Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bu səbəbdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Müəllif: Ayna.az