“Qalatasaray”la “Qarabağ” qarşılaşacaq

İdman

13.03.2023 - 07:32

Istanbul klubu Ağdam təmsilçisi ilə Bakıda yoldaşlıq görüşü keçirəcək

Türkiyənin “Qalatasaray” klubu Bakıda yoldaşlıq görüşü keçirəcək. AYNA Sportal.az saytına istinadən bildirir ki, bu barədə “sarı qırmızılar”ın İdarə Heyətinin üzvü Emin İmanov məlumat verib.

Azərbaycanlı klub rəsmisinin dediyinə görə, İstanbul təmsilçisi Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq.

Oyun 2023-cü ildə Bakıda baş tutacaq. Matçın dəqiq tarixi iki klub arasında baş tutacaq müzakirələrdən sonra bəlli olacaq.

Müəllif: Ayna.az