Putinin Uitkoffla Sankt-Peterburqda danışıqları bir saatdan çox davam edib

Dünya

21.10.2026 - 15:43

ABŞ nümayəndəsi Ukrayna münaqişəsinin həllinə yanaşmaları əks etdirən sənədləri təqdim edib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu Rusiyada görməkdən məmnun olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

"Hörmətli cənab Uitkoff, bu dəfə sizi Sankt-Peterburqda görməkdən çox məmnunuq", - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, bu gün Putinlə Uitkoff arasında Sankt-Peterburqdakı Konstantin Sarayında görüş keçirilib.

Uitkoff Ukrayna münaqişəsinin həllinə yanaşmaları əks etdirən sənədləri təqdim edib.

Putinin ABŞ-ın xüsusi nümayəndəsi ilə Sankt-Peterburqda danışıqlar bir saatdan çox davam edib. Danışıqlarda Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və RDIF-in baş direktoru Kirill Dmitriyev də iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş