Putin Rusiya bazarından çıxış haqqını təqdim etdi: ilk şirkət artıq ödəniş edib

Dünya

28.03.2023 - 16:30

Əməliyyatın qiyməti Rusiya büdcəsinə 10 faiz töhfə daxil olmaqla, təxminən 203 milyon avro təşkil edib

Rusiyadan hələ tam çıxmamış bütün şirkətlər indi bu və ya digər şəkildə Rusiya büdcəsini maliyyələşdirəcək.

Norveçin “Wenaas” şirkəti Rusiya bazarını tərk etmək hüququ üçün Rusiya büdcəsinə “könüllü ianə” haqqında ilk müqaviləni imzalayıb. AYNA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd olunub ki, “Wenaas” Rusiyadakı otellərini satdıqdan sonra müqavilə bağlayıb. Əməliyyatın qiyməti Rusiya Federasiyasının büdcəsinə 10 faiz töhfə daxil olmaqla, təxminən 203 milyon avro təşkil edib.

Bildirilib ki, bütün şirkətlər Rusiyadan tam çıxmamış bu və ya digər şəkildə Rusiya büdcəsinə birbaşa ödənişlər edəcəklər.

Əvvəllər Rusiyanı tərk edən şirkətlər Rusiya dövlət büdcəsinə satış qiymətinin 10%-ni təşkil edən “könüllü töhfə” və ya satışdan ödənişin bir neçə il müddətinə təxirə salınması arasında seçim edə bilərdilər.

İndi şirkətin Rusiya Federasiyasından çıxması ilə bağlı hər bir əməliyyat Rusiya hökumətinin xarici investisiyalar üzrə komissiyası ilə razılaşdırılmalıdır.

Müəllif: Ayna.az