Baş nazir: “Biz Çini Rusiyanı dəstəkləməməyə inandırmağa çalışırıq”
Varşava Çin rəhbəri Si Cinpinin Rusiyaya səfərindən narahatdır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski deyib.
“Çin-Rusiya oxu təhlükəsiz deyil. Biz Çini Rusiyanı dəstəkləməməyə inandırmağa çalışırıq”, - Polşanın Baş naziri bildirib.
Qeyd edək ki, Çin lideri Rusiyaya səfərini martın 22-də başa vurub. Danışıqlar nəticəsində ölkə liderləri iki birgə sənəd imzalayıblar: iqtisadi əməkdaşlıq planları haqqında bəyanat və tərəfdaşlığın dərinləşdirilməsi planları haqqında bəyanat.
Bundan əlavə, danışıqların nəticələrinə əsasən, Rusiya və Çin tərəfindən marşrutun inkişafı planlarının formalaşdırılması üçün Şimal Dəniz Marşrutu layihəsi üzrə birgə işçi orqan yaradılacaq.