NATO-nun Ukrayna ilə qarşılıqlı əlaqəni davam etdirəcəyi tamamilə aydın idi”
“Yeni NATO-Ukrayna əməkdaşlıq proqramında heç bir yenilik yoxdur”. AYNA xəbər verir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Rusiya Prezidentinin sözçüsü bildirib ki, Alyans Kiyevlə qarşılıqlı əlaqəni davam etdirəcək: “Burada heç bir yenilik yoxdur, bu, ilk əməkdaşlıq proqramı deyil. NATO-nun Ukrayna ilə qarşılıqlı əlaqəni davam etdirəcəyi tamamilə aydın idi”.