Ömürlük məhbusdan Tokayevə müraciət: həqiqətləri deyəcəyinə söz verib

Dünya

16.01.2023 - 00:28

cedabet dərman SEO Xidməti

15 nəfəri öldürməkdə təqsirli bilinən Qazaxıstan sərhədçisi 2012-ci il qırğınında iştirak edənlərin adlarını açıqlayacağını bildirib

15 nəfərin qətlində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Qazaxıstan sərhədçisi Vladislav Çelax Arkankergen zastavasında baş verən qətliamın əsl günahkarlarının cəzalandırılması xahişi ilə ölkə Prezidenti Qasım-Comart Tokayevə müraciət edib. Bu barədə AYNA Qazaxıstan mediasına istinadən bildirir.

On il həbsdə olan məhkum yeni istintaqın aparılmasını tələb edib. O, bəzi yüksək vəzifəli şəxslərlə bağlı sərhəd zastavasına hücumun ona məlum olan bütün təfərrüatlarını istintaqa çatdıracağına söz verib. Çelax 2012-ci il qırğınında iştirak edənlərin adlarını da açıqlayacağına söz verib.

Qeyd edək ki, 28 may 2012-ci ildə Arkankergen sərhəd zastavası ilə Baş Qərargahın rabitəsi kəsilib. İki gündən sonra bazaya göndərilən patrul kazarmanın binasının yandırıldığını və orada xidmət edən sərhədçilərin demək olar ki, hamısının öldürüldüyünü aşkar edib. Bundan əlavə, yaxınlıqdakı ov evində bir ovçunun meyiti tapılıb. Ümumilikdə, hadisə zamanı 15 nəfər öldürülüb.

Bir neçə gündən sonra sağ qalan yeganə şəxs üzə çıxıb. Bu, 19 yaşlı sərhədçi Vladislav Çelax idi. O, zastavaya hücum edildiyini və kazarmada yox, patrul xidmətində olduğu üçün qaçmağı bacardığını deyib. Lakin hüquq-mühafizə orqanları ona inanmayıb və Çelax şübhəli şəxs kimi tutulub, istintaqla təqsirləndirilən şəxs statusu alıb.

İstintaq zamanı o, həmkarlarını və ovçunu qətlə yetirdiyini etiraf etsə də, sonradan bu ifadəsindən geri çəkilərək ifadəni təzyiq altında verildiyini bildirib.

Məhkəmənin qərarı ilə Çelax ömürlük həbs cəzası alıb. Daha sonra o, həmin vaxt dövlətə rəhbərlik edən Nursultan Nazarbayevə əfv üçün ərizə yazıb. Lakin bu müraciət cavabsız qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş