Koronavirusu ilk dəfə aşkar edən həkim itkin düşüb

Koronavirusu ilk dəfə aşkar edən həkim itkin düşüb

Səsimi mümkün qədər daha çox insana eşitdirməyə çalışacam

 

Çində koronavirusu ilk dəfə aşkar edən həkimlərdən biri baş verənlərlə bağlı “Renwu” jurnalına müsahibə verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ai Fen adlı həkim verdiyi açıqlamadan sonra itkin düşüb.

 

“Virusu aşkar edib məlumat verdikdən sonra çox böyük təzyiqlərlə üzləşdim. Ancaq nələrin baş verəcəyini əvvəlcədən proqnozlaşdırsaydım, elə də əhəmiyyət verməzdim. Səsimi mümkün qədər daha çox insana eşitdirməyə çalışacam”, - deyə həkim müsahibəsində bildirib.

 

Lakin həkimin müsahibəsi qısa müddət ərzində yayımdan çıxarılıb və qadağa tətbiq olunub. Və həkim həmin gündən etibarən yoxa çıxıb.

 

“Daily Mail” jurnalı qadın həkimin itkin düşmə səbəbini həbs olunma ehtimalı ilə əlaqələndirib.

 

Qeyd edək ki, beynəlxalq mediada tez-tez səslənən iddialara görə, Çin koronavirus haqqında həqiqətləri gizlədib.

Müəllif: Ayna.az      1 Aprel 2020 12:41
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin