Virusa yoluxmuş futbolçunun vəziyyəti ağırdır

Virusa yoluxmuş futbolçunun vəziyyəti ağırdır

Həkimlər 46 yaşlı futbolçunun müalicəsinin uğurlu olmadığını etiraf ediblər

 

Keçən həftə COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, Türkiyə futbolunun əfsanəsi Rüştü Recberin vəziyyəti ağırlaşıb.

 

AYNA xarici mətbuata əsasən xəbər verir ki, milli futbol komandasının keçmiş qapıçısının vəziyyətinə görə  həkimlər narahatdır.

 

Həkimlər 46 yaşlı futbolçunun müalicəsinin uğurlu olmadığını etiraf ediblər.

 

Xatırladaq ki, dünyanın bir çox klub futbolçuları da koronavirusa yoluxublar. Onların arasında sağalanlar da var.

 

Son məlumatlara görə, Türkiyədə virusun səbəb olduğu 168 ölüm də daxil olmaqla 10 820 nəfərdə təsdiqlənmiş virusa yoluxma halı var. 160-dan çox xəstə COVID-19-dan sağalıb.

Müəllif: Ayna.az      31 Mart 2020 18:40
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin