Ebolaya çarə olmayan dərman Covid-19-lu xəstəni sağaltdı

Ebolaya çarə olmayan dərman Covid-19-lu xəstəni sağaltdı

Hazırda dərman Berlində yerləşən Çarite Xəstəxanasında da sınaqdan keçirilir

 

Almaniyada koronavirusa yoluxmuş xəstələr üçün istifadə olunan növbəti dərman sınaqdan uğurla çıxıb.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, vaxtilə Afrikada yayılan Ebola xəstəliyinin müalicəsi üçün icad edilən, amma heç bir effekt əldə edilməyən “Remdesivir” adlı dərman Covid-19 xəstələrini sağaldıb.

 

Bu barədə açıqlamanı alman həkimi, koronavirus üzrə ixtisaslaşmış mütəxəssis Klemens Vendther verib.

 

Həkim deyib ki, indiyədək bu dərmanla 50 xəstəni sağaldıblar. 1-2 həftə ərzində davamlı effekt əldə olunsa, tezliklə dərmanın digər xəstəxalarda da tətbiqinə başlanılacaq.

 

Hazırda dərman Berlində yerləşən, dünyada nüfuzlu olan Çarite Xəstəxanasında da sınaqdan keçirilir.

Müəllif: Ayna.az      31 Mart 2020 20:10
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin