Hərbi xidmətə çağırış müddəti uzadıldı

Hərbi xidmətə çağırış müddəti uzadıldı

Qanun layihəsi Milli Məclisin iclasında qəbul edilib

 

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb. AYNA xəbər verir ki, bu gün “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

 

Sənəddə hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Ayna.az      30 Mart 2020 11:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin