"Real" maaşları kəsməyəcək

"Real" maaşları kəsməyəcək

"Real"da futbolçuların ümumi maaşı 283 milyon avrodur

 

"Real" futbolçularının maaşlarını kəsməyəcək.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, "kral klubu" əzəli rəqibi "Barselona"dan fərqli olaraq, futbolçuların və işçilərin məvacibini tam ödəyəcək.

 

Madrid təmsilçisi koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpa ediləcəyinə və maddi ziyanın bununla az olacağına ümid edir. "Real"da futbolçuların ümumi maaşı 283 milyon avrodur ki, bu "Barselona"dan 144 milyon avro azdır.

 

Qeyd edək ki, "Real" hazırda La Liqada 56 xalla 2-ci pillədə qərarlaşıb.

Müəllif: Ayna.az      30 Mart 2020 03:53
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin