“Covid-19 ancaq qocaları öldürür” mifi dağılır

“Covid-19 ancaq qocaları öldürür” mifi dağılır

Fransada 16 yaşlı qız koronavirusdan dünyasını dəyişib

 

Fransada “Virus ancaq qocaları öldürür” fikrini təkzib edən ölüm hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı bir qız, heç bir xroniki xəstəliyi olmamasına baxmayaraq, koronavirusdan dünyasını dəyişib.

 

Vəfat edən şəxsin anası qızının əvvəlcə bir az öskürdüyünü və sonra müalicəyə başladığını bildirib: “Şənbə günü qızımın nəfəs almaqda çətinlik çəkdiyini gördüm. Birinci günü bəlğəmli öskürək başlayanda ailə həkimimizə getdik. Ümumi və geniş müayinələr üçün həkimimiz bizi xəstəxanaya göndərdi. Sonra qızım Parisdəki “Necker” uşaq xəstəxanasına köçürüldü. Çərşənbə axşamı günü Covid-19 testi müsbət oldu və vəziyyəti daha da pisləşdi. Lakin növbəti gün mənə xəstəxanaya gəlməyim üçün zəng etdilər. Mən xəstəxanaya çatanda qızım artıq dünyasını dəyişmişdi”.

 

Qeyd edək ki, son 24 saatda Framsada koronavirusa yoluxanların sayı 32964-ə çatıb. Ölənlərin sayı 1995-ə yüksəlib.

Müəllif: Ayna.az      28 Mart 2020 12:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin