Nazirlikdən gözlənilən xəbər

Nazirlikdən gözlənilən xəbər

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır

 

Bakıda və Abşeron yarımadasında martın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə duman olacaq.

 

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 12-16, Bakıda  gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq. 

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.

Müəllif: Ayna.az      27 Mart 2020 12:40
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin