Dünya liderləri Covid-19-la bağlı birgə qərar verdilər

Dünya liderləri Covid-19-la bağlı birgə qərar verdilər

Video-konfrans formatında keçirilən toplantı 2 saatdan çox davam edib

 

Bu gün yeni tip koronavirusunun (Covid-19) gündəliyi ilə bağlı toplanan G20 Liderlərinin Fövqəladə Toplantısı 2 saat 20 dəqiqə davam edib.

 

AYNA xəbər verir ki, video-konfrans formatında keçirilən toplantı başa çatıb və toplantıda bu qərarla qəbul olunub:

 

- Həyatı, məşğulluğu və gəlirləri qorumaqda qərarlıyıq.

 

- Etibar yaratmağa, maliyyə sabitliyini qorumağa, böyüməni stimullaşdırmağa və canlanmanı təmin etməyə sadiqik.

 

- Biz ehtiyacı olan bütün ölkələrə yardım etmək və ictimai sağlamlıq və maliyyə tədbirlərini əlaqələndirməkdə qərarlıyıq.

 

- G20 liderləri dünya iqtisadiyyatına 5 trilyon dollar köçürməklə öz iqtisadiyyatlarını qorumaq məqsədilə müxtəlif tədbirlər görəcəklər.

 

- Epidemiyaya nəzarət etmək üçün bütün lazımi sağlamlıq tədbirləri görüləcək və kifayət qədər maliyyələşdirmə təmin ediləcək.

 

- G20 ölkəsi korona virusunun yayılmasının öhdəsindən gəlmək üçün lazım olanı edəcək.

 

Xatırladaq ki, G-20 ölkələrini Almaniya, ABŞ, Argentina, Avstraliya, Braziliya, Çin, Türkiyə, İndoneziya, Fransa, Cənubi Afrika, Cənubi Koreya, Hindistan, İngiltərə, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Avropa Birliyi Komissiyası formalaşdırır.

Müəllif: Ayna.az      26 Mart 2020 19:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin