Koronavirusdan futbola böyük zərbə

Koronavirusdan futbola böyük zərbə

Ümumi maddi itkilərin isə 1 milyard 250 milyon avro olacağı təxmin edilir

 

Bütün dünyada öz təsirini göstərən koronavirusdan ən çox təsirlənən sektorlardan biri də futbol sahəsidir. AYNA xəbər verir ki, “Futbol Benchmark” komandasının araşdırmasına görə, dünyanın beş əsas liqası (İngiltərə Premyer Liqası, İspaniya La Liqa, Almaniya Bundesliga, İtaliya A Seriası, Fransa Liqa 1) qarşılaşmalar, yayım və kommersiya gəliri olmayacağı üçün ümumi 4 milyard avro itirəcək.

 

Bununla yanaşı, liqalar müəyyən bir vaxta qədər təxirə salınsa da, oyunların tam ləğvi də gündəmdədir. Belə ki, hələ də beş əsas liqa, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasında keçirilməsi nəzərdə tutulan 541 matçın vəziyyəti qeyri-müəyyən olaraq qalır.

 

Ümumi maddi itkilərin isə 1 milyard 250 milyon avro ilə İngiltərə Premyer Liqasında, 800-950 milyon avro İspaniya La Liqasında, 650-750 milyon avro Almaniya Bundesliqasında, 550-650 milyon avro İtaliya A Seriyasında, 300-400 milyon avro Fransa Liqa 1-də olacağı təxmin edilir.

Müəllif: Ayna.az      19 Mart 2020 19:43
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin