Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə koronavirusdan daha bir nəfər ölüb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

"61 yaşlı kişi öldü. Koronavirusa yeni 93 yoluxma qeydə alınıb, xəstələrin ümumi sayı 191 nəfər təşkil edir", - deyə nazir  özünün "Twitter"dəki səhifəsində yazıb.

 

Koronavirus ilk dəfə Türkiyədə martın 11-də yerli sakində aşkarlanıb. Həmin şəxs Avropadan qayıdıb.

Müəllif: Ayna.az      19 Mart 2020 01:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin