Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda oğurluq edən şəxslər tutulub

Bakıda oğurluq edən şəxslər tutulub

Suraxanı və Nərimanov rayonunun ərazisində oğurluq hadisəsi qeydə alınıb

 

Bakıda oğurluq edən şəxslər tutulub. AYNA-ya bu barədə Daxili İşlə Nazirliyindən məlumat verilib.

 

Məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki evlərin birindən 7500 manat, 10.200 ABŞ dolları və 7500 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin həyətindəki “Şkoda” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Ağammədov, G.Hüseynov və İ.Məmmədov saxlanılıb.

 

Həmçinin, Nərimanov Rayon Polis İdarəsinin 17 və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Həsənov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 2 900 manat oğurlaması da müəyyən edilib.

 

Davam etdirilən tədbirlərlə onun R.Dadaşzadə ilə birgə bir gözəllik salonundan 2 000 manat, 1 700 ABŞ dolları, 500 avro pul və 350 manat dəyərində qızıl üzük oğurlamaları da müəyyən edilib.

Müəllif: Ayna.az      18 Mart 2020 14:26
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin