Futbol klubu koronavirusla mübarizəyə pul ayırdı

Futbol klubu koronavirusla mübarizəyə pul ayırdı

Maddi dəstək artıq İnsani Yardım Bürosunun fonduna köçürülüb

 

İtaliyanın nüfuzlu futbol klubu “Yuventus”un sahibi ölkəsində tüğyan edən koronavirusla mübarizə üçün 10 milyon avro maddi dəstək verib.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, “Yuventus” klubunun rəhbəri Agnelli Ailəsi ayırdığı maddi dəstəyi artıq İnsani Yardım Bürosunun fonduna köçürüb.

 

İnsani Yardım Bürosu dövlət xəstəxanalarına və imkansız, həyat səviyyəsi aşağı olan insanlara yardım edən xeyriyyəçi qurumdur.

 

Qeyd edək ki, Agnelli Ailəsinin ianə dəstəyi futbol klubunun rəsmi “Twitter” hesabında da paylaşılıb.

 

Müəllif: Ayna.az      18 Mart 2020 14:44
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin