Avropanın bütün ölkələrində koronavirus aşkarlanıb

Avropanın bütün ölkələrində koronavirus aşkarlanıb

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

COVİD-19 virusu Avropanın bütün ölkələrində qeydə alınıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, martın 17-də axşam Monteneqroda da koronavirusa iki yoluxma qeydə alınıb.

 

Ölkənin baş naziri Duşko Markoviçin sözlərinə görə, virus xaricdən qayıtmış 1948 və 1973-cü il təvəllüdlü qadınlarda aşkarlanıb.

 

Qeyd edək ki, ilk dəfə Çinin mərkəzində 2019-cu ilin sonunda aşkarlanmış koronavirus 130-dan çox ölkədə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı onu pandemiya kimi tanıyıb.

 

Son məlumatlara görə, dünyada 180 mindən çox insan COVİD-19-a yoluxub, təxminən 7 min nəfər koronavirusun qurbanı olub.

Müəllif: Ayna.az      18 Mart 2020 03:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin