Çəyirtkə sürüsü artıq Türkiyədədir - VİDEO

Çəyirtkə sürüsü artıq Türkiyədədir -     VİDEO

Türkiyə "çəyirtkə işğalı" ilə üz-üzə qalıb

 

Günlərdir, çəyirtkə sürüsünün hücumu barədə danışılırdı. İranı istila edən milyonlarla çəyirtkədən biri Hakkarinin Yüksəkova bölgəsində görülüb. Soyuq havaya baxmayaraq, çəyirtkələrin Türkiyə sərhədinə gəlməsi təəccüb doğurub.

 

AYNA Türkiyə mətbuatına əsasən xəbər verir ki, Hakkaridə satıcı Übeyit Kartal adlı vətəndaş səhər saatlarında dükanın  qarşısında iri çəyirtkə tutub. Satıcı çəyirtkəni ölçüb və uzunluğunun 8 sm olduğunu müəyyən edib.

 

Qeyd edək ki, mənbəyi Afrikadan olan çəyirtkə sürüsünün İran və İraqdan sonra başqa yaxın ölkələrə də hücum edə biləcəyi təşviş doğurur. 

Müəllif: Raminə Eyvazqızı      16 Mart 2020 13:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin