İranda daha bir rəhbər şəxs koronavirusdan ölüb

İranda daha bir rəhbər şəxs koronavirusdan ölüb

Batahai Qum şəhərində yerləşən karantin xəstəxanasında dünyasını dəyişib

 

İran Rəhbərləri Ekspert Şurasının üzvü Haşim Batahai koronavirusdan dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

 

Məlumatda Batahainin Qum şəhərində yerləşən karantin xəstəxanasında öldüyü bildirilib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl İranın Ali dini lideri Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayətinin də koronavirusa yoluxduğu bildirilmişdi.

Müəllif: Ayna.az      16 Mart 2020 11:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin