İtaliyada mağaza və restoranlar bağlanır

İtaliyada mağaza və restoranlar bağlanır

İtaliyada koronavirusa yoluxanların sayı sürətlə artır 

 

İtaliyanın Baş Naziri Cuzeppe Konte ölkədə koronavirusun yayılması riski səbəbindən ərzaq mağazaları və apteklərdən başqa, digər mağazaların fəaliyyət göstərməyəcəyini elan edib.

 

AYNA-nın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

 

Konte ölkə ərazisində bütün restoran və barların da bağlanacağını açıqlayıb. Bununla belə, agentlik yazır ki, ictimai nəqliyyat, bank və sığorta şirkətləri fəaliyyətini davam etdirəcək.  

 

“Fabriklər bütün ehtiyat tədbirlərinə riayət olunması şərti ilə açıq qalır”, - Baş Nazir əlavə edib.

Müəllif: Ayna.az      12 Mart 2020 09:44
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin