Fransada koronavirusdan ölənlərin sayı 4 nəfərə çatıb

Fransada koronavirusdan ölənlərin sayı 4 nəfərə çatıb

Koronavirusdan ölənlərin sayı artmaqda davam edir

 

Fransada koronavirusdan ölənlərin sayı artıb. 

 

AYNA “Report"a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxmuş daha iki nəfər dünyasını dəyişib. 

 

Məlumata görə, ölənlərin hər ikisi yaşlıdır. 

 

Bununla da Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatıb.

 

Qeyd edək ki, Fransada koronavirusa yoluxan şəxslərin sayı 150 nəfəri ötüb. Onların arasında La Balme-de-Sillingy şəhərinin meri də var. Artıq Fransa prezidenti Emmanuel Makron xarici səfərlərini təxirə salıb.

Müəllif: Ayna.az      2 Mart 2020 20:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin