Şəhadətnamə attestatla əvəz ediləcək

Şəhadətnamə attestatla əvəz ediləcək

Baş Nazir Əli Əsədov qərar imzalayıb 

 

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

 

AYNA xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

 

Dəyişikliklə ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında attestat hesab edilir.

 

Qeyd olunub ki, eyni zamanda tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil olunur. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

Müəllif: Ayna.az      29 Fevral 2020 23:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin