Masallıda dəhşət: Arvadını, qaynını, qaynanasını və özünü güllələdi

Masallıda dəhşət: Arvadını, qaynını, qaynanasını və özünü güllələdi

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar

 

Masallı rayonunda dəhşətli cinayət törədilib. Hadisə bu gün günorta saatlarında rayonun Təzəkənd kəndində baş verib.

 

AYNA cenub.az saytına istinadən xəbər verir ki, kənd sakini, 2 uşaq atası Ağayev Sarvan Ayazxan oğlu (onun 21 yaşı olduğu bildirilir) qoşalülə tüfənglə keçmiş arvadını, qaynını və qaynanasını güllələyib, ardınca özünü vurub.

 

Atəş nəticəsində onun həyat yoldaşı Alimə Nəbiyeva Alimə və qaynı Alim Nəbiyev yerindəcə keçinib. Qaynanası isə ağır vəziyyətdə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Kənddən verilən məlumat görə, Sarvan Ağayevlə indi güllələnən həyat yoldaşı arasında onlar hələ uşaq olarkən xoşagəlməz hadisə baş verib və Sarvan həmin əməlinə görə 5 il azadlıqdan mərhum edilib.

 

Yaxın vaxtlarda isə ailədə ciddi narazılıq olduğu üçün onlar məhkəmə qaydasında boşanıblar. Sarvanla Aliməgil qonşu olublar. Qız evi Sarvangildən qızın cehizini aparmağa gələrkən ciddi söz-söhbət yaranıb və bundan sonra Sarvan onlara atəş açıb.

 

Hazırda dünyasını dəyişən şəxslərin meyitləri Masallı Rayon Xəstəxanasında müayinə olunur. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər və hadisənin səbəbləri araşdırılır. Sarvanın da yaralı olduğu deyilir.

Müəllif: Ayna.az      26 Fevral 2020 17:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin